Daşkəsəndə qayınata gəlinini qətlə yetirdi

XƏBƏR
15:12
22 Avqust 2022
427

Avqustun 22-si saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü  Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabah.az xəbər verir ki, Daşkəsən Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.