Bərdədə yenidoğulan körpə xəstəxanada öldü

XƏBƏR
11:50
22 Avqust 2022
436

Bərdədə yenidoğulan körpə xəstəxanada ölüb.

Sabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü ananın Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.