“Hava imkanlarından da istifadə edib ora gedəcəyik”

XƏBƏR
17:34
7 Fevral 2020
101

“Seçkilərdə heç kimin hüququnun pozulmasından söhbət gedə bilməz”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

M. Pənahov qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur: “Bütün xoşagəlməz hallarla bağlı hər kəs MSK-ya müraciət edə bilər. MSK-ya hər hansı müraciət daxil olsa, biz oraya gedəcəyik. Lazım olsa hava imkanlarından da istifadə edə bilərik”.

Pənahov qeyd edib ki, sabah təşviqat mərhələsi bitir: “Səhər saat 8-dən tez heç bir təşviqat lövhəsinə əl vurmaq olmaz”.

MSK sədri həmçinin bildirib ki, Mərkəzi Seçki Komissiyasına ümumilikdə bu dövrdə 54 şikayət daxil olub: “Bunlardan 47 şikayətə baxılıb. Qalan 7 şikayət isə eyni məzmunlu şikayət olduğundan onlara baxılmayıb”.

Xəbər lenti