Azərbaycanda yumurta bahalaşdı

ÖLKƏ
14:35
20 Avqust 2022
651

Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb.

Sabah.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Xəbər lenti