Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - Foto

XƏBƏR
00:52
25 Mart 2020
107

Rusiyanın paytaxtı Moskvada Ümumrusiya Dekorativ, Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən “İmperiya və Qafqaz. Silahlar, avadanlıqlar, hərbi ənənələr. XIX - XX əsrin başlanğıcı" adlı sərgidə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, sərgidə nümayiş olunan eksponatların birində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib.

Qeyd edək ki, 2020-ci il fevralın 5-dən başlayan sərgidə A.V. Kosarevin şəxsi kolleksiyasında olan Azərbaycan xəncərləri nümayiş olunur.

Mövcud təxribat haqqında məlumatlı olduqlarını bildirən “Moskva Azərbaycan cəmiyyəti”nin sədri Şamil Tağıyev qeyd edib ki, bununla bağlı qanun çərçivəsində bütün lazımi addımlar atılacaq.

Sərgidə 600-dən çox tarixi eksponat nümayiş olunur.

Xəbər lenti