Ətçəkən maşının içindən 1,4 kq heroin çıxdı

XƏBƏR
13:35
20 Avqust 2022
368

Bərdə Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sabah.az-a verilən məlumata görə, rayon sakini Röya Hüseynov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman ətçəkən maşının içərisində gizlətdiyi 1 kiloqram 390 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Xəbər lenti