Şəkidə qadının intiharına səbəb olan şəxsin məhkəməsi başlayır

XƏBƏR
12:50
20 Avqust 2022
392

Cari il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.

Sabah.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti