Yaşlı qadının evinə basqın edən 5 nəfər tutuldu

XƏBƏR
11:30
20 Avqust 2022
372

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tək yaşayan 65 yaşlı qadının evinə daxil olaraq quldurluq cinayəti törədən şəxsləri müəyyən edərək istintaqa cəlb edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sabah.az-a verilən məlumata görə, ötən günlərdə gecə saatlarında rayon ərazisində yerləşən evlərin birində quldurluq əməli törədilməsi barədə RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerində olublar. İlkin araşdırmalarla qadının quldurluq yolu ilə evindən nəğd pulu və digər əşyalarının talanması məlum olub. O, polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti yaxşıdır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Araşdırmalarla onların Asəf Allahverdiyev, Şükür Hüseynov, Emin Nəbiyev, Zaur Ağamirov və Elməddin Ocaqov olduqları müəyyən olunub.

Hazırda faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti