Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı - Rəsmi açıqlama

XƏBƏR
14:40
18 Avqust 2022
242

Baş Prokurorluq bu gün Samuxda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.

Xəbər lenti