Bakıda ambulans qəzaya düşdü - Fotolar
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Dövlət qeydiyyat nişanı olmadan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.
Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Daha çox