Xaçmaz-Xudat yolunun kənarında yanğın başlayıb
Xaçmaz-Xudat yolunun kənarında yanğın başlayıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, alov “4 şöbə” deyilən ərazidə, yolun kənarında yerləşən meşə zolağında qeydə alınıb.
Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi üçün zəruri işlər davam etdirilir.
Yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
Daha çox