Məktəbli formalarının qiyməti açıqlandı - Harada satılacaq?

ÖLKƏ
10:10
17 Avqust 2022
487

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.

Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində satış başlayacaq.

Xəbər lenti