Yol qəzalarında 7 nəfər öldü
10:05
15 Avqust 2022
412Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Sabah.az-a bildirilib ki, avqustun 13-14-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
Daha çox