İpoteka kreditlərinin verilməsi sadələşdiriləcək - Siyahıya tibb işçiləri də əlavə olundu

ÖLKƏ
22:27
24 Mart 2020
125

Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.

Sabah.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.

Həmçinin qeyd olunub ki, güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçiləri əlavə edilsin.

Xəbər lenti