Ukraynada öldürülən azərbaycanlı iş adamı Kürdəmirdə dəfn olundu

XƏBƏR
10:15
13 Avqust 2022
807

İyulun 30-u Ukraynanın Lvov şəhərində qətlə yetirilən 33 yaşlı azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsi ölkəyə gətirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun prosedurdan sonra mərhumun nəşi Polşaya, oradan Almaniyaya aparılıb və təyyarə ilə Bakıya gətirilib. Sənan Qəniyev dünən doğulub böyüdüyü Kürdəmir rayonunda dəfn edilib.

Qeyd edək ki, Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda orada iş adamı kimi fəaliyyət göstərib.

Qətl isə məişət xarakterli münaqişə zəminində qeydə alınıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut saxlanılıb.

Bildirilir ki, hadisə təqsirləndirilən şəxsə aid olan restoranda baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şiş tipli alətlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumun ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib.

Xəbər lenti