15 yaşlı oğlan sürdüyü maşını aşırdı, öldü

HADİSƏ
09:35
12 Avqust 2022
577

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin “kənd evləri” adlanan hissəsində 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu idarə etdiyi “VAZ 2106” markalı, 03 BG 412 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb.

Nəticədə, 15 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti