AzTV-nin əməkdaşı 39 yaşında vəfat etdi

XƏBƏR
18:00
11 Avqust 2022
332

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Fariz Babayev 39 yaşında dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Faktı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, F.Babayev bir neçə gündür məzuniyyətdə idi. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, F.Babayev AzTV-də operator vəzifəsində çalışırdı. Ailəli idi, bir övladı var.

Xəbər lenti