Hava ilə bağlı - Xəbərdarlıq
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Sabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37 dərəcə isti, bəzi yerlərdə 39 dərəcəyədək yüksələcəyi gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə isti, dağlarda 25-30 dərəcəyədək yüksələcəyi gözlənilir.
Daha çox