Bakıda vulkan püskürdü - Video+Yenilənib

XƏBƏR
11:40
11 Avqust 2022
286

Bu gün Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Geologiya və Geofizika İnstitutundan Sabah.az-a verilən məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Qeyd edək ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən verilən məlumata görə, Lökbatanda palçıq vulkanı bu gün yerli vaxtla 09:36-da püskürüb.

Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq. 12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarda qeydə alınıb.

Xəbər lenti