Prezidentlə xanımı Türkiyəyə getdi - Fotolar

ÖLKƏ
12:41
9 Avqust 2022
830

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

Sabah.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Xəbər lenti