Polis rəisi qəza törətdi - Ölən var

HADİSƏ
10:28
8 Avqust 2022
959

Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbəsinin bölməsinin rəisi ağır qəza törədib.

Sabah.az xəbər verir ki, bu gecə saat 02 radələrində bölmə rəisi, polis polkovniki Ədalət Sadıqov idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.

Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilir ki, hadisə Bakı-Qazax magistralında piyada keçidinin olmadığı yerdə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti