İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var

XƏBƏR
12:14
6 Avqust 2022
303

Bakıda istirahət mərkəzinin hovuzuna ölüm hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti