Şəhid Tahir Əliyev Ağstafada dəfn edildi - Fotolar+Yenilənib

XƏBƏR
12:11
6 Avqust 2022
356

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.

Sabah.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Şəhidin bu gün doğulduğu Ağstafa rayonunda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, T. Əliyev əsgər yoldaşı Samir Xudiyevlə bərabər qaya parçasının altında qalmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, S. Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

APA xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhid hərbi qulluqçumuzla anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon Şəhidlər xiyabanında dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbər lenti