Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatla bağlı - Rəsmi açıqlama+Foto

ÖLKƏ
20:10
24 Mart 2020
1174

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Baş nazir Əli Əsədovun 24 mart tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli və təhsil qaydaları” qərarı kimi paylaşılan məlumata aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, “Facebook” səhifəsində paylaşım edən nazirlik rəsmisi yayılan məlumatların yanlış olduğunu bildirib:

“Ayrı-ayrı qruplarda yayılan və güya ki aşağıdakı qərara istinad olunan məlumatlar yanlışdır. Belə sənəd ümumiyyətlə yoxdur. Rəsmi mənbəyə istinad edin və pozitiv olun”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatda bildirilir ki, Azərbaycan ərazisində məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsilə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin olunsun. Həmçinin qeyd olunur ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində təhsil alan tələbələrə cari təhsil ili üzrə tədris olunan fənlər barəsində tələbələrə maksimum dərəcədə güzəşt olunsun və həmin fənlərdən maksimum göstərici ilə qiymətləndirilsin. “Təqaüdlərin verilməsi” prosesinin əvvəlki semestrin nəticələrinə uyğun olaraq davamlılığı təmin edilsin. Bildirilib ki, bu qərar dərc edildiyi gündən 30 gün sonraya qüvvəyə minir.

Yayılan həmin sənədi təqdim edirik:

Xəbər lenti