Ləman Ələşrəfqızının Aqiyə Naxçvanlıdan şikayəti əsassız sayılıb
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyi qeydə alınmış Ləman İsmayılovanın (Ələşrəfqızı) həmin dairədən namizəd olan Aqiyə Naxçıvanlı ilə bağlı şikayətinə baxılıb.
Sabah.az xəbər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov bildirib. İ. Məmmədov deyib ki, şikayətçi müraciətində rəqibinin seçkiqabağı təşviqat kampaniyasının şərtlərini pozduğunu bildirib: “Eyni zamanda seçkiqabağı təşviqat dövründə həmin dairədən namizədliyi qeydə alınmış digər namizəd Aqiyə Naxçıvanlının bir tələbənin təhsil haqqını ödədiyini iddia edib”.
MSK ərizədə daxil olan müraciəti araşdırıb. Araşdırmalara əsasən, belə bir hal müəyyən olunmayıb. Şikayət əsassız olduğundan təmin edilməyib.
Daha çox