Laçında həlak olan əsgərimizə şəhid statusu veriləcək

ÖLKƏ
15:40
5 Avqust 2022
455

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Xudiyev Samir Səməd oğlu Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığı yerinə yetirərkən həlak olub.

Əsgərin şəhid kimi təqdim olunmaması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Sabah.az xəbər verir ki, Samir Xudiyev döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu üçün ona şəhid statusu veriləcək.