Avtomobil dayanacağa girdi, xəsarət alan var

HADİSƏ
19:50
24 Mart 2020
97

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki “Mercedes-Benz” markalı avtomobili toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarında dayanacaqda avtobus gözləyən 2000-ci il təvəllüdlü şəhər sakini Ramin Abbasovu vurub.

Xəsarət alan 20 yaşlı gənc xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.