“20 Yanvar”da betonqarışdıran maşın aşdı - Video

XƏBƏR
17:59
4 Avqust 2022
384

Bu gün Yasamal rayonu ərazisində yük maşının aşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, H.Zərdabi küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində betonqarışdıran maşın idarəetmədən çıxaraq aşıb. Nəticədə xeyli beton yolun hərəkət hissəsinə dağılıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Qəza nəticəsində insan itkisi baş verməyib.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik.

Xəbər lenti