“Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq”

XƏBƏR
13:32
4 Avqust 2022
234

“Laçın dəhlizinə alternativ yolun tikintisi gələn ilin yazında yekunlaşacaq”.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında deyib.

“Biz işlərə başlamışıq, texnika işləyir, yol tikilir və gələn ilin yazına başa çatacaq. Biz işləri üç mərhələyə bölmüşük və fəal şəkildə tikirik”, - o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın dəhlizinin Azərbaycandan keçən hissəsində aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Xəbər lenti