Azərbaycan antiterror əməliyyatı keçirdi
Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 silahlının məhv edildiyi, azı 8 silahlı dəstə üzvünün isə yaralandığı bildirilir.
Sabah.az bu barədə Ermənistan KİV-nə istinadən məlumat verir.
Məlumata görə, antiterror əməliyyatı Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlayıb.
Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
***
Haqqin.az nəşri isə bu gün Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatının “Qisas” adlandırıldığını yazıb.
Daha çox