Bakıda kişini video ilə şantaj edib 10 min manat istədilər

XƏBƏR
15:04
3 Avqust 2022
287

Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10 min manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.

Bakı Şəhər BPİ-inin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, saxlanlaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti