Tokio-2020 də təxirə salındı - Rəsmi

İDMAN
18:32
24 Mart 2020
134

Bu yay Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.

Sabah.az “İndependent”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe məlumat verib.

O, bu gün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Oyunların Təşkilat Komitəsinin rəhbəri Esiro Mori ilə yarışın təxirə salınması məsələsini müzakirə edib. Şinzo Abe telefon vasitəsilə keçirdikəri konfransda ortaq məxrəcə gəldiklərini bildirib.

“Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təklif etdim. O mənimlə 100 faiz razıdır”, – deyə baş nazir qeyd edib.

Olimpiyadanın gələn il hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Xəbər lenti