Bir ayda 59 narkotacir tutulub - DİN

XƏBƏR
13:13
3 Avqust 2022
298

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi son 1 ay ərzində onlayn yolla narkotik maddələrin satışını həyata keçirən, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 8 mütəşəkkil dəstə və onun 59 nəfər üzvü saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 331 kiloqram narkotik vasitə və psixotrop maddə, 2261 ədəd psixotrop tərkibli həb, 2921 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu, 2 ədəd tapança və soyuq silah qismində istifadə edilən digər əşyalar aşkar edilib.

Bakı və bölgələrdə keçirilən xüsusi əməliyyatlar zamanı Fərid Cəfərov, İmamqulu Bədirov, Seyidrza Ağamı, İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov tutulublar. Onların avtomobillərindən, yaşadıqları evlərdən 204 kiloqram yüksək təsiredici narkotik maddə, elektron tərəzilər, satışdan əldə ediləni pul vəsaitləri və plastik kartlar aşkar edilib.

Əməliyyatın davamı olaraq daha 53 nəfər saxlanılıb və 127 kiloqram müxtəlif növ narkotik vasitə aşkar olunub.

Saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti