Şəki Mərkəzi Xəstəxanasına direktor təyin edildi

XƏBƏR
12:33
3 Avqust 2022
249

Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Xəstəxananın direktoru vəzifəsi Əliyev Məcid Abduləli oğluna həvalə olunub.

Qeyd edək ki, M.Əliyev 2010-2017-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Xəbər lenti