Ona işgəncə verən oğlundan polisə şikayət etdi

XƏBƏR
14:13
2 Avqust 2022
416

Bakıda oğlu tərəfindən fiziki zorakılığa məruz qalan qadın polisə müraciət edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Qızıldaş qəsəbə sakini A.Baxşalıyeva narkotik vasitə aludəçisi olan 22 yaşlı oğlunun onu mütəmadi doydüyünü bildirib.

O qeyd edib ki, sonuncu dəfə iyulun 29-u gecə saat 02 radələrində övladı, 2000-ci il təvəllüdlü İ.Nəcəfov evdə olarkən pul tələb edərək onu bıçaqla hədələyib və döyüb: “Bütün evi dağıtdı, pula gedən əşyaları satıb. Son olaraq kondisioneri də satdı”.

Qadının müraciəti ilə bağlı araşdırma aparılır.

Xəbər lenti