Pivə süzərkən faciəvi şəkildə öldü

HADİSƏ
12:30
1 Avqust 2022
1057

Xaçmazda ölümlə nəticələnən hadisə baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz Mexanizasiya Nəqliyyat ASC-nin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb. Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti