Narkotik çəkib avtomobil sürən şəxs həbs edildi
17:52
30 İyul 2022
450Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində Zəngilan rayon sakini Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Masallı rayon məhkəməsinin qərarı ilə R.Hüseynov iyulun 29-da inzibati həbs edilib.
Daha çox