Ermənilər yenə mövqelərimizi atəşə tutdu

ÖLKƏ
12:07
30 İyul 2022
650

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Sabah.az-a bildirilib ki, iyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Xəbər lenti