Bakıda ağır yol qəzası - 25 yaşlı oğlan öldü

HADİSƏ
10:27
29 İyul 2022
732

Bakıda ağır yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Əjdər Məlikov küçəsində 1997-ci il təvəllüdlü Ümid Əliyevin idarə etdiyi “Mitsubishi Lancer” markalı avtomobil “İsuzu” markalı yük maşınına çırpılıb.

Nəticədə 25 yaşlı sürücü aldığı xəsarətlərdən vəfat edib. Onun sərnişini Emin Abdullayev isə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.