Şirvanda kişi 28 yaşlı xanımını uşağın gözü önündə öldürüb

XƏBƏR
10:20
29 İyul 2022
340

Şirvan şəhər prokurorluğu ötən gecə şəhərdə törədilmiş qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan Sabah.az-a bildirilib ki, iyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıbr.

Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Xəbər lenti