Evindən 7 kq narkotik çıxdı - Foto

XƏBƏR
17:10
28 İyul 2022
447

Ağcabədi sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb.

İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti