Azərbaycanda bu qəpiklər yeniləndi - Foto

İQTİSADİYYAT
11:14
27 İyul 2022
929

Azərbaycanda 10 və 50 qəpiklik metal pullar yenilənib.

Mərkəzi Bankdan Sabah.az-a verilən məlumata görə, 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib. Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.

AMB yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanları isə bu gündən tədavülə buraxılmasını elan edib.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.

Xəbər lenti