İtkin düşən qazi tapıldı

XƏBƏR
10:09
27 İyul 2022
423

Bir neçə gün öncə itkin düşən Vətən Müharibəsi iştirakçısı Cavid Bədəlli tapılıb.

Sabah.az xəbər verir ki, atasının müraciətindən sonra polis əməkdaşları tərəfindən axtarışlara başlanılıb. C.Bədəlov paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, C.Bədəlli Neftçala rayonunun Xəzər kəndində daimi qeydiyyatdadır. O, təxminən 10 gün öncə Xırdalanda kirayədə yaşadığı evdən çıxıb, geri qayıtmamışdı.

C.Bədəlli ailəlidir. Ailəsi iyulun 21-da polisə müraciət edərək onun itkin düşdüyünü bildirmişdi.

Xəbər lenti