Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi

İQTİSADİYYAT
14:57
26 İyul 2022
732

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, “La Vida” şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, eyni zamanda “Altus” MMC-nin sahibi kimi tanınır. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi. E.Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılmışdı.

Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.

Xəbər lenti