10 min dollara civə satmaq istəyərkən tutuldu - Video

XƏBƏR
12:31
26 İyul 2022
406

10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətdinən Sabah.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs - Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb. Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti