Bu Polis Bölməsinə yeni rəis təyin edildi
11:21
26 İyul 2022
771Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi təyin edilib. O, bu təyinata qədər - keçən ilin aprel ayından etibarən həmin bölmədə rəis müavini vəzifəsini tuturdu.
Qeyd edək ki, Tural Nəzərov daha əvvəl Daxili İşlər Nazirliyində çalışıb.
Daha çox