Bakıda heroin qəbul edib taksi sürən şəxs tutuldu

XƏBƏR
10:52
26 İyul 2022
367

Suraxanı RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın  nəticəsində Balahəsən Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində protokol tərtib olunub. Balahəsən Ağayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Xəbər lenti