“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında sonuncu avtomobil uduldu - Video
“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-Qoşa” kampaniyasında sonuncu olan 6-cı avtomobil öz sahibi tapdı!
Sonuncu avtomobilin qalibi Bakı sakini 26 yaşlı Məmmədov Şahin paytaxt restoranlarının birində ofisiant vəzifəsində çalışır. O, “Kontakt Home - Bakıxanov 3” mağazasına “Samsung Galaxy S21FE” smartfonunu almaq üçün gələrək, kampaniyada iştirak edib və son model “Mazda 3” avtomobilini TAMAMİLƏ PULSUZ aparıb. Qalib öz təəssüratlarını bölüşərək avtomobilini anasına hədiyyə edəcəyini bildirib:
Bu dəfəki “Şeş-Qoşa” kampaniyasında 6 avtomobil qalibləri ilə yanaşı, 10 000-ə yaxın insan 25 faizədək keşbek qazanıb və ya aldığı məhsullu tamamilə pulsuz aparıb.
Xatırladaq ki, kampaniyada iştirak nağd, taksit kartla, 3 dəfəyə ödə və bütün digər kredit alışlarına şamil olunub. İştirak edə bilməyənlər məyus olmasın, çünki sevilən “Kontakt” şəbəkəsi müştərilərini digər kampaniya və sərfəli şərtlərlə sevindirməyə davam edəcək.
Şəbəkənin məhsulları ilə yaxından tanış olmaq üçün bütün “Kontakt Home” və “Kontakt Smart” mağazalarına yaxınlaşa və ya kontakt.az saytına keçə bilərsiniz.
Daha çox