Vilyam Hacıyevə hökm oxundu - 5 milyonluq əmlakı əlindən alındı
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 12 il müddətə azadlıqdan məhrum edilib.
Hökm bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda elan olunub.
Bundan başqa V.Hacıyevin üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakının da müsadirəsinə qərar verilib.
Xatırladaq ki, V.Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Onun xidməti və yaşadığı ünvanlarından RİH-in baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pulların məbləğlərinə dair qeydlər və qablaşdırılaraq saxlanılan pullar aşkar edilib. Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığında ittiham olunub.
Daha çox