Bakıda turistlər gəzinti zamanı həlak oldu

HADİSƏ
11:01
25 İyul 2022
714

Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində - Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib.

Palçıq vulkanlarının yerləşdiyi “Qobustan Milli Parkı”nın ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan “Mitsubishi Pajero” markalı avtomobil aşıb. Nəticədə Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti